AZ

General 44 günlük müharibəyə görə axtarışa verildi

44 günlük müharibə zamanı 18-ci piyada diviziyasının keçmiş komandiri, general-mayor Karen Arstamyan axtarışa verilib. 

Ölkə.Az xəbər verir ki, bu barədə məlumatı Ermənistan Baş Prokurorluğunun mətbuat xidməti yayıb.

General Karen Arstamyana qarşı müharibə zamanı xidmətə səhlənkar münasibət göstərdiyinə görə Ermənistan Respublikası Cinayət Məcəlləsinin 376-cı maddəsinin 3-cü hissəsi ilə ictimai cinayət işi başlanıb. 

Cinayət işi 44 günlük müharibənin epizodları ilə bağlıdır. Müharibə zamanı diviziyanın bölmələrindən biri mühasirəyə alınıb və böyük itkilər verib. Daha sonra ölən əsgərlərin valideynləri Arstamyanı düzgün koordinasiya təşkil etməməkdə və vəziyyəti nəzarətə götürməməkdə günahlandırıblar ki, bu da dəhşətli nəticələrə gətirib çıxarıb.

Mürtəza
Ölkə.Az

Seçilən
35
olke.az

1Mənbələr