Fransanın Eure-et-Luar bölgəsindəki Şatodunda məktəb avtobusu idarəetməni itirərək yoldan çıxaraq qəzaya uğrayıb.
News24.az xəbər verir ki, verilən açıqlamada qəzada 15 yaşlı şagirdin öldüyü, 31-i tələbə olmaqla 40 nəfərin yüngül yaralandığı bildirilib.
Yaralılar hadisə yerinə sövq edilən sağlamlıq qrupları tərəfindən xəstəxanaya aparılıb.
Qəzanın səbəbi məlum olmasa da, hadisə ilə bağlı araşdırmalara başlanılıb.
Məryəm İlhamqızı