AZ

Qərbi azərbaycanlıların BMT-də rəsmi sənəd yayması nə deməkdir?...

Image

Mübariz Göyüşlü: “İcmanın məktunun BMT sənədi kimi yayılmasını Qərbi Azərbaycana qayıdış ideyasının gerçəkləşməsinə yönəlik bir addım kimi qəbul etmək olar” 

Qərbi Azərbaycan İcmasının (QAİ) müxtəlif müraciətlərinin, çağrışlarının, məktublarının BMT-nin rəsmi sənəd kimi yayılması artıq ənənə halını alıb. Qeyd edək ki, Azərbaycan Xarici İşlər Nazirliyinin sənədləri də, müraciətləri də bu şəkildə yayılır. 

Bildiyimiz kimi QAİ Levon Ter-Petrosyanın 1993-cü ildə Ermənistanın prezidenti qismində verdiyi məlum çıxışı ilə bağlı BMT-nin Baş katibi Antonio Quterreşə məktub göndərib. 

“Levon Ter-Petrosyan həmin çıxışında etnik təmizləmənin və işğalçılığın Ermənistanın dövlət siyasəti olduğunu təsdiq edir və Ermənistandan azərbaycanlıların qovulmasını tarixi nailiyyət adlandırırdı. Ermənistanın dövlət siyasətinin irqçi, insanlıq və sülh əleyhinə əleyhinə cinayət xarakterli olduğunu təsdiq edən bu fövqəladə dəlil ilə bağlı BMT-nin Baş katibinə ünvanladığımız məktub BMT-nin Baş Assambleyasının və Təhlükəsizlik Şurasının rəsmi sənədləri kimi yayılıb”. Bu barədə Qərbi Azərbaycan İcmasının yaydığı bəyanatda bildirilib.

QAİ-nin bəyanatının BMT-nin rəsmi sənədi kimi yayılmağının hüquqi-siyasi nöqteyi-nəzərdən nə kimi əhəmiyyəti, təsiri, kəsəri var? Bu nə deməkdir? Dövlətlərə necə təsir edir. Dövlətlərin bu sənədlərlə tanışlığı necə baş verir? 

“Bu Ermənistanın cinayətlərinə beynəlxalq müstəvidə siyasi və hüquqi qiymət verilməsi baxımından qarşımızada imkanlar açır”

Cross Media Təhlil Mərkəzinin analitiki, siyasi şərhçi Mübariz Göyüşlü “Bakı-Xəbər”ə bildirdi ki, QAİ-nin məktubunun BMT-nin ali orqanlarının rəsmi sənədləri kimi yayılması müsbət hadisədir və bu hadisə Qərbi azərbaycanlılarla bağlı həqiqətlərin, Ermənistanın deportasiya, etnik təmizləmə siyasətinin beynəlxalq aləmə çatdırılmasıdır. M.Göyüşlünün sözlərinə görə, QAİ-nin müraciət və məktublarının bu şəkildə yayılması bu problemin daha çox dövlətə çatdırılmasına, beynəlxalq ictimaiyyətin diqqətinin bu məsələyə yönəldilməsinə imkanlar açır. “Ermənistanın azərbaycanlılara qarşı deportasiya cinayətləri, onları öz evlərində, tarixi yurdlarında yaşamaq hüququndan məhrim etməsi faktı buy olla dünya ölkələrinə çatdırılır. Eyni zamanda Ermənistanın bu cinayətlərə görə məsuliyyət daşıdığını, beynəlxalq hüquqi müstəvidə buna cavab verməli olduğunu dünyaya bildirir”.

M.Göyüşlünün fikrincə, bu, Qərbi Azərbaycan mübarizəsinin beynəlxalq platformada daha çox gündəmə gətirilməsi üçün də böyük əhəmiyyət daşıyır. Müsahibimiz bildirdi ki, bu gün Qərbi azərbaycanlıların geri qayıdış haqqı və hüququ dünya gündəmində intensiv yer almalıdır, bu barədə daha çox danışılmalı və sənədlər daha geniş şəkildə yayılmalıdır. “Düzdür, bu istiqamətdə ölkə daxilində də təşkilatlanma getməlidir. Amma yalnız ölkə daxilində gedən proseslərlə istədiyimiz nəticəni əldə edə bilmərik. Beynəlxalq siyasi və hüquqi müstəvidə nailiyyətlər əldə etməliyik, daha çox bu istiqamətə əhəmiyyət verməliyik. Bu BMT tribunasıdır və icmanın məktunun BMT sənədi kimi yayılmasını Qərbi Azərbaycana qayıdış ideyasının gerçəkləşməsinə yönəlik bir addım kimi qəbul etmək olar”. 

Bu məktubun BMT sənədi kimi yayılmasının siyasi və hüquqi əhəmiyyətindən danışan M.Göyüşlü hesab edir ki, bu məsələ ilə daha çox dövlətlərin diqqətini cəlb edə bilərik. “Biz beynəlxalq dəstəyə, eyni zamanda da beynəlxalq təzyiq vasitəsilə  Ermənistanın doğru yola gəlməsinə nail ola bilərik. Bunu müsbət bir addım sayıram. Əlbəttə, bir neçə sənədin yayılması ilə gözlədiyimiz nəticəni ala bilmərik, qarşıya qoylan hədəfə nail olunması üçün biz bu istiqamətdə addımlarımızı, səylərimizi davam etdirməliyik. Bu işi dayanmadan aparmalıyıq”.

M.Göyüşlü qeyd etdi ki, bu təbliğatın başda BMT tribunası kimi samballı bir tribuna olmaqla yanaşı bütün beynəlxalq tribunlarda, beynəlxalq təşkilatlarda və böyük dövlətlərdə aparılmasını müsbət qəbul edir. “Bu sənəd daha çox ölkəyə yayıb və daha çox ölkələr Qərbi azərbaycanlıların deportasiyasından, insan hüquqlarının pozulmasından xəbər tutub. Məncə, bu Ermənistanın cinayətlərinə beynəlxalq müstəvidə siyasi və hüquqi qiymət verilməsi baxımından qarşımızada imkanlar açır”-deyə M.Göyüşlü vurğuladı. 

İradə SARIYEVA





Seçilən
13
baki-xeber.com

1Mənbələr