AZ

Ermənistanda polislə toqquşma - VİDEO

Hurriyyet.az xəbər verir ki, Ermənistanda etiraz aksiyası nümayişçilərin polislə toqquşması ilə nəticələnib. Hadisə orta və kiçik biznesin təmsilçilərinin aksiyası zamanı baş verib.

Polislər aktivist Vahaqn Çaxalyanı yerə yıxıblar. Ardından o, ayağa qalxaraq polisləri itələməyə başlayıb, onlardan birinin yaxasından tutub. Bundan sonra Çaxalyan və daha 3 nəfər aksiya iştirakçısı saxlaılıb. "Sputnik Ermənistan" agentliyinin məlumatına görə, Ermənistan DİN-in mətbuat xidməti xəbəri təsdiqləyib. Onlar polisin qanuni tələblərinə itaət etməməkdə ittiham edilirlər.

Hürr Tərcüman

Seçilən
16
hurriyyet.az

1Mənbələr