AZ

Rumıniya prezidentliyinə namizəd Ukraynanı “uydurma dövlət” adlandırdı


Rumıniya prezidentliyinə namizəd Kelin Georgesku Ukraynanı “uydurma dövlət” adlandırıb.
Yeniavaz.com
xəbər verir ki, bunu Georgesku yanvarın 29-da jurnalist İon Kristoyu ilə müzakirəsində deyib.
Sülh müqaviləsi bağlanandan sonra Ukrayna ərazilərinin bölünməsinə inanıb-inanmadığını soruşduqda, Georgesku bunun mütləq baş verəcəyini deyib:
“Bu, mütləq belə olacaq. Onların başqa seçimləri yoxdur. Bu yol qaçılmazdır. Ukrayna uydurma dövlətdir. O, Ukrayna Sovet Sosialist Respublikasıdır”.
Georgesku əlavə edib ki, dünya dəyişir və sərhədlər dəyişəcək.
Buna cavab olaraq Ukrayna Xarici İşlər Nazirliyi bildirib ki, Georgesku Rusiya təbliğatının tezislərini təkrarlayır:
Seçilən
29
yeniavaz.com

1Mənbələr