AZ

Qərarını rəhbərliyə çatdırdı – Yayda komandadan ayrılacaq

“Atletiko”nun hücumçusu Antuan Qrizmann komandasını tərk edə bilər.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, fransalı cari mövsümün sonunda klubunu dəyişməyə hazırlaşır.

Oyunçu artıq qərarını “Atletiko”nun rəhbərliyinə çatdırıb.

Qrizmannın Madrid klubu ilə müqaviləsi 2026-cı ilin ortalarına qədərdir.

33 yaşlı forvard İspaniya çempionatının bu mövsümündə 21 oyun keçirib, 7 qol vurub və 4 məhsuldar ötürmə edib.

Seçilən
18
sportinfo.az

1Mənbələr