Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında VIII tura yekun vurulub.
Fanat.Az xəbər verir ki, son oyunda "Azərreyl" "Xilasedici" ilə qarşılaşıb.
Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində baş tutan qarşılaşma birincilərin 3:1 hesablı qələbəsi ilə bitib.
Qeyd edək ki, ötən gün "Neftçi" MOİK-i, “Gənclər” “Murov Az Terminal”ı 3:0 hesabı ilə üstələyib.