AZ

Fransa Estoniyaya özüyeriyən “Caesar” haubitsaları göndərib

Bakı. Trend:

Fransanın göndərdiyi “Sezar” (“Caesar”) özüyeriyən artilleriyaqurğularının ilk partiyası Estoniyaya çatıb. İlk partiya 6 səyyarhaubitsadan ibarətdir.

Trend xariciKİV-lərə istinadən xəbər verir ki, Estoniya ümumilikdə 12 ədədözüyeriyən “Sezar” (“Caesar”) haubitsa sifariş edib, ikincipartiyanın yay aylarında təyinat nöqtəsinə çatdırılacağıgözlənilir.

Məlumata görə, yeni haubitsalar Estoniyanın üçüncü səyyarartileriya diviziyasına təhkim olunacaq.

"CAESAR" özüyeriyən haubitsası Fransanın Nexter Systems şirkətitərəfindən istehsal olunan 155 mm-lik mobil artilleriya sistemidir.O, 6x6 və ya 8x8 təkərli platforma üzərində quraşdırılıb, 42 km-əqədər atəş məsafəsinə malikdir və şassi üzərində yüksəkhərəkətlilik təmin edir.

Seçilən
28
1
az.trend.az

2Mənbələr