AZ

İnsayder Samsung Galaxy S25 Edge haqqında təfərrüatları açıqladı » AzadMedia.az



Samsung-un ultra nazik flaqmanı Galaxy S25 Edge-in buraxılış tarixi hələ açıqlanmasa da, yeni sızmalar onun kamerası və ekranı ilə bağlı əsas detalları ortaya qoyur. Bu barədə GizmoChina nəşri məlumat yayıb.

X-də (əvvəllər Twitter) məlumat dərc edən PandaFlash insayderi iddia edir ki, smartfon 200 meqapiksellik sensor və 12 meqapiksellik ultra geniş bucaqlı obyektivlə əsas kamera alacaq. O, çox güman ki, f/1.7 apertura, çox istiqamətli PDAF və optik görüntü sabitləşməsi (OIS) ilə ən son Galaxy Ultra modellərində olduğu kimi eyni 200 meqapiksellik sensordan istifadə edəcək.

PandaFlash-a görə, Galaxy S25 Edge, Galaxy S25 Ultra-da istifadə edilən Gorilla Glass Armor 2 ilə müqayisədə daha sərfəli variant olan Corning Gorilla Glass Victus 2 ilə qorunacaq. Smartfonun 6,7 düymlük ekrana, Qualcomm Snapdragon 8 Elite For Galaxy çipsetinə və 25 Vt sürətli şarjı dəstəkləyən 3900 mAh batareyaya sahib olacağı gözlənilir.

Xüsusiyyətlərinə görə, Galaxy S25 Edge, ehtimal ki, Galaxy S25+ və Galaxy S25 Ultra modelləri arasında bir mövqe tutacaq. Ətraflı təfərrüatların yaxın vaxtlarda olacağı gözlənilir.
Seçilən
22
azadmedia.az

1Mənbələr