AZ

Şabranda 25 yaşlı şəxsdən silah-sursat AŞKARLANDI

Şabran Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə rayon sakini Qubad İslamov saxlanılıb.   Bu barədə Manset.az-a DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan bildirilib. Onun yaşadığı evə baxış zamanı 1 ədəd pnevmatik tapança, 1 ədəd qumbara, 130 ədəd patron, 9 ədəd bıçaq, patron doldurucu, 2 ədəd plastik qabda qırma, gözyaşardıcı qumbaraya aid 48 ədəd sarı kütlə, 3 ədəd portativ qızdırıcı şam aşkarlanaraq götürülüb. Həmçinin, polis əməkdaşları xidmətlə olarkən yol kənarından 1 ədəd avtomat silah, 1 ədəd patron darağı və 20 ədəd patron aşkar ediblər.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.

Seçilən
12
manset.az

1Mənbələr