AZ

Pedri “Barselona” ilə yeni müqaviləyə imza atdı

İspaniya millisinin və “Barselona”nın mərkəz yarımmüdafiəçisi Pedri Kataloniya təmsilçisi ilə yeni müqaviləyə imza atıb.

Arena.az bu barədə klubun rəsmi saytına istinadən xəbər verir.

22 yaşlı futbolçu ilə yeni müqavilənin müddəti 2030-cu ilə qədər nəzərdə tutulub.

Xatırladaq ki, futbolçunun əvvəlki müqaviləsinin müddəti 2026-cı ilin 30 iyununda başa çatacaqdı.

Pedri futbola “Teqeste” klubunda qədəm qoyub, buradan “Xuventud Laquna”ya keçib. Ardınca “Las Palmas”a yol tapmış Pedri burada təkmilləşib. İspan yarımmüdafiəçi “Barselona”ya elə, “Las Palmas”dan 2020-ci ilin iyulunda icarə müqaviləsinin başa çatması ilə qoşulub. Pedrinin “blauqrana” ilə müqaviləsinin müddəti 2030-cu ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Pedri “Barselona”nın heyətində 32 oyuna çıxıb, 4 qol vurub və 4 məhsuldar ötürmə verib.

Pedrinin “Barselona” karyerası ümumilikdə 175 oyun, 24 qol və 17 məhsuldar ötürmədən ibarətdir.

Pedri 2021-ci ilin mart ayında debüt etdiyi İspaniya yığma komandasının heyətində 30 oyuna çıxıb. O, bu oyunlarda 2 qol və 2 məhsuldar ötürmə ilə fərqlənib.

Pedrinin qənimətlər muzeyində “Barselona” ilə İspaniya La Liqası çempionluğu (2022/2023), İspaniya Kral Kuboku (2020/2021), İspaniya Super Kuboku (2022/2023) var. Həmçinin Pedri İspaniya yığması ilə 2024-cü il Avropa çempionatının qalibi olub, eləcə də 2020-ci il Yay Olimpiya Oyunlarının futbol yarışında gümüş medal qazanıb.

“Transfermarkt” internet-portalı 22 yaşlı ispan mərkəz yarımmüdafiəçisinin transfer dəyərini 100 milyon avro məbləğində qiymətləndirir.

Seçilən
67
1
arena.az

8Mənbələr