AZ

Uşaqlardakı diskalkuliya… - Əlacı Pozitiv Psixologiya Mərkəzində

Son vaxtlar valideynləri narahat edən problemlərdən biri də övladının verilən tapşırığı oxusa da, anlaya bilməməsidir. Görəsən, bu hal niyə baş verir? Uşaqlar niyə bəzən oxuduqlarını anlamırlar?

“Qafqazinfo” xəbər verir ki, Pozitiv Psixologiya Mərkəzinin rəhbəri Fidan Məmmədzadənin sözlərinə görə, bu kimi hallara laqeyd yanaşmaq olmaz:

“Uşaqlar arasında bu cür hallara tez-tez rast gəlinir. Bəzən valideynlər “dərsi düz 3 dəfə oxutmuşam, yenə də başa düşmür” deyə, şikayət edirlər. Deyim ki, bu, ciddi haldır. Bu hal uşaqlarda akademik zəifliyə, özgüvənin aşağı düşməsinə, hətta bəzən davranış probleminə belə yol aça bilər. Əsas odur ki, bu, heç də zəka ilə bağlı problem deyil. Bu, bir öyrənmə çətinliyidir. Və onu da çözmək və aradan qaldırmaq mümkündür.

Digər şikayətlər isə riyazi baxımdandır. Yəni uşaq məktəbə başlasa da, riyazi bacarıqlarda geri qala bilər. Məsələn: riyazi adları yadda saxlaya bilməmək, rəqəmləri qarışdırmaq, sıra ilə saya bilməmək, düsturları öyrənə bilməmək, toplama-çıxma, vurma-bölmə kimi əməlləri edə bilmirsə, uzun müddət barmaqlarından istifadə edirsə, bu, diskalkuliyanın əlamətləri ola bilər. Bəs diskalkuliya nədir? Bu, riyaziyyat fənnini öyrənməklə əlaqədar olaraq qabiliyyətin pozulmasıdır. Diskalkuliya “riyazi disqrafiya” da adlanır.

Bütün bunlar “öyrənmə çətinliyi” adlanır. Və bu çətinlik Pozitiv Psixologiya Mərkəzinin peşəkar mütəxəssisləri tərəfindən böyük uğurla aradan qaldırılır”.

Əgər sizin də övladınızda öyrənmə çətinliyi varsa, buna “keçəcək” deyə laqeyd yanaşmayın. Pozitiv Psixologiya Mərkəzinə müraciət edin, problemi vaxtında aradan qaldırsınlar.

Ünvan:

Bakı

Bakı şəhəri, Azadlıq prospekti 195B ( “Azadlıq” m/st. yaxınlığı)

Sumqayıt

Sumqayıt şəhəri, 5-ci mkr, C. Cabbarlı 89

Quba

Quba şəhəri, Heydər Əliyev prospekti, (İlqaroğlu biznes center)

Gəncə

Gəncə şəhəri, Atatürk pr. döngə 2 (Mərkəzi Univermağın arxa tərəfi, keçmiş Menar bağçası)

Əlaqə nömrəsi : 070 725 00 00

Seçilən
25
qafqazinfo.az

1Mənbələr