AZ

Təxminən bir ay “istirahət edəcək”

“Atalanta”nın aparıcı futbolçusu Ademola Lukman bir müddət oynaya bilməyəcək.

“La Gazzetta dello Sport”un məlumatına görə, nigeriyalı hücumçu komandanın məşqində zədələnib. O, Çempionlar Liqasının liqa mərhələsinin 8-ci turunda keçiriləcək “Barselona”ya qarşı oyunu buraxmalı olacaq. 27 yaşlı futbolçunun bir aya qədər yaşıl meydanlardan uzaq qalacağı bildirilir.

Ademola bu mövsüm “Atalanta”nın heyətində 27 oyuna çıxıb, 14 qol vurub və 7 məhsuldar ötürmə edib.

Seçilən
15
football-plus.az

1Mənbələr