AZ

Türkiyədə bu il inflyasiya azalacaq - nazir

Bakı, TurkicWorld

Bu il inflyasiyanı 21 faizə endirməyi hədəfləyirik.

TurkicWorld xəbər verir ki, bu sözləri Türkiyə xəzinə və maliyyə naziri Mehmet Şimşək deyib.

Şimşək, bu il inflyasiyanı 21 faizə endirməyi hədəflədiklərini bildirib.

Şimşək, eyni zamanda həyata keçirdikləri iqtisadi proqramın məqsədinin ölkənin rifahını yüksəltmək olduğunu bildirib.

"Yalnız pul, maliyyə və gəlir siyasətləri ilə deyil, təklif yönlü siyasətlərlə də inflyasiyanı azaltmağı hədəfləyirik",- deyə o qeyd edib.

Proqramın həyata keçirilməsindən sonra ehtiyatların rekord səviyyəyə çatdığını vurğulayan Şimşək, məzənnə ilə qorunan əmanətləri 144 milyard dollardan 30 milyard dolların altına saldıqlarını bildirib.

Zəlzələ səbəbindən büdcədə kəsr olduğunu bildirən Şimşək, bu il o kəsri nəzarət altına alacaqlarını bilirib.

Bununla yanaşı Şimşək, mənzil təminatının artırılması üçün ən mühüm proqramın zəlzələ bölgəsinin yenidən qurulması olduğunu ifadə edərək, bölgədə 201 min evin təhvil verildiyini xatırladıb.

Seçilən
33
turkic.world

1Mənbələr