Fəal Clalə Cavadov saxlanılıb. Onunla saat 16.00-dan əlaqə kəsilib.
Dostları hesab edir ki, Cavadov , noyabrın 29-da bələdiyyə seçkilərində keçirdiyi etiraz aksiyasına görə saxlanılıb.
Cavadov seçki məntəqələrinin birində Meydan Tv-nin həbsdə olan jurnalistlərinin fotolarının əks olunduğu plakatı seçki qutusuna yerləşdirib.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyi ilə əlaqə saxlamaq mümkün olmayıb.