İspaniya La Liqası komandalarından “Barselona” əsas heyət üzvü Pedri ilə müqaviləsini uzadıb.
Apasport.az xəbər verir ki, tərəflər arasında razılaşmaya əsasən, yarımmüdafiəçi 2030-cu ilə kimi kataloniyalıların şərəfini qoruyacaq.
Xatırladaq ki, 22 yaşlı futbolçu 2019-cu ildə “Las Palmas”dan 23 milyon avro qarşılığında transfer edilib.
Qeyd edək ki, İspaniya millisinin üzvü bu mövsüm “Barsa”nın heyətində çıxış etdiyi 32 rəsmi qarşılaşmada 4 qol, 4 məhsuldar ötürmə ilə yadda qalıb.
Ziyeş “Al-Duhail”də - Rəsmi
Şkriniar rəsmən "Fənərbaxça"da
“Əl-İttifaq” Cerrardı göndərdi - rəsmi
Karlo Ançelottidən unikal nailiyyət
Elif Elmas İtaliyaya qayıtdı: Bu dəfə "Napoli"yə yox