Bakı yollarında İspaniya, Portuqaliya və ABŞ-dakı təcrübədən istifadə edilib.
Xezerxeber.az-ın xəbərinə görə, son bir ildə Bakı şəhərində 31 küçə və prospektdə uzunluğu 45 kilometrə çatan mikromobillik zolağları çəkilib.
Əhalinin iki təkərli nəqliyyat vasitələrindən təhlükəsiz və əlverişli formada istifadəsi üçün zolaqların əlaqəliliyi də təmin edilib.
Yerüstü Nəqliyyat Agentliyinin mikromobillik şöbəsinin müdiri Coşqun Məmmədov deyir ki, infrasturuktur qurulduqca bu tip nəliyyata da maraq hər keçən gün artıb. Belə ki, beynəlxalq göstəricilərə əsasən 1 velosiped gün ərzində 4-5 dəfə istifadə olunursa, Bakıda bu say 12-dir.
Zolaqlar çəkildikcə ərazilər mütəxəssislər tərəfindən təhlil edilib və təhlükəsizlik də ciddi nəzərə alınıb. Təkcə 25 məntəqədə mikromobillik üçün işıqfor bölmələri və 300 yerdə isə parklanma məntəqələri yaradılıb.
Mikrobobillik şəbəkəsinin genişləndirilməsi zamanı avtomobil zolaqları da nəzərə alınıb və azaldılmayıb. Coşqun Məmmədov deyir ki, mövcud yol infrasturukturuna meneə yaratmadan, zolaqların çəkiliş zamanı dünya təcrübəsindən də istifadə edilib.
Şöbə müdiri hesab edir ki, gələcəkdə belə zolaqların sayı artırılmaqla 100 kilometrə qədər artırılması nəzərdə tutulur.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.