AZ

“Sumqayıt” Ronaldonu transfer etdi – FOTO

2024/25 mövsümünün ikinci yarısı üçün transfer çalışmalarını davam etdirən “Sumqayıt” daha bir futbolçunun keçidini reallaşdırıb.

Medianews.az xəbər verir ki, bu barədə klub məlumat yayıb.

Sumqayıt klubu Boliviyanın “Quabira” klubunda çıxış etmiş Dominikan Respublikası millisinin futbolçusu Ronaldo Vaskez Junior ilə 1,5 illik müqavilə imzalayıb. 25 yaşlı yarımmüdafiəçi “Sumqayıt”ın heyətində 23 nömrəli formanı geyinəcək.

Qeyd edək ki, Ronaldo Junior karyerası boyunca yetirməsi olduğu “Atletiko Pantoxa” (Dominikan Respublikası) ilə yanaşı “Hapoel” (Tel-Əviv, İsrail) və “Quabira” (Boliviya) klublarında da çıxış edib. O, 41 dəfə formasını geyindiyi vətəni Dominikan Respublikasının milli komandasında 6 qol vurmağa da müvəffəq olub.(Yenisabah.az)

“Sumqayıt” Ronaldonu transfer etdi - <span style=color:red>FOTO

Seçilən
26
2
medianews.az

4Mənbələr