AZ

Rumıniya prezidentliyinə namizəd: Ukrayna uydurma dövlətdir, mütləq bölüşdürüləcək

Rusiyayönlü Rumıniya prezidentliyinə namizəd Kalin Georgescu jurnalistlərə deyib ki, “Ukrayna uydurma dövlətdir” və onun qonşu dövlətlər arasında bölünməsi “qaçılmazdır”.

Editor.az xəbər verir ki, müvafiq söhbətin videoyazısını “CristoiuTv” yanvarın 29-da UouTube kanalında dərc edib. “Dünya dəyişir. Sərhədlər də dəyişəcək. Üstəlik, sərhədlər dəyişsə, biz harada olacağıq? Bizdə Şimali Bukovina var – maraq.

Bizdə Budjak var, Şimali Maramuralar var – düzdür? Əvvəlkidən, necə deyərlər, Transcarpatiya. Macarlar var. Polyaklara çatacaq Lvov var”, – Georgesku deyib.
“Ukraynanın parçalanmasına inanırsızmı” sualına siyasətçi inandığını deyib. “100%, belə də olacaq. Çünki onların başqa yolu yoxdur! Belə bir şeyə gedən yol qaçılmazdır. Ukrayna uydurma dövlətdir. Bu, Ukrayna Sovet Sosialist Respublikasıdır”, – Georgesku deyib.

//Samir Qurbanov, Editor.az

Seçilən
21
editor.az

1Mənbələr