AZ

Pentaqon rəhbəri: Sərnişin təyyarəsi ilə toqquşan helikopter səhvə yol verib

“Sərnişin təyyarəsi ilə hərbi helikopterin toqquşması təlim zamanı baş verib”.

AZƏRTAC-ın məlumatına görə, bu barədə Pentaqon rəhbəri Pit Heqset Ağ evdə media qarşısında çıxışı zamanı bildirib. O, helikopterin təlim zamanı səhvə yol verdiyini açıqlayıb.

“Bəhanəyə səbəb yoxdur. Biz bunu tam araşdıracağıq. Hərb sahəsi təhlükəlidir. Bu sahə müntəzəm əsasda ənənəvi işlər icra edir. Təəssüf ki, dünən gecə səhvə yol verildi. Yüksəkliklə bağlı problemi var idi. Biz dərhal Müdafiə Departamenti və ordu səviyyəsində araşdırmaya başladıq”,- deyə Pentaqonun yeni rəhbəri əlavə edib.
Seçilən
16
sherg.az

1Mənbələr