AZ

İsrail 110 fələstinli məhbusu azad etdi

Qəzza zolağında atəşkəs razılaşması çərçivəsində 110 fələstinli məhbus İsrail həbsxanalarından azad edilib.

Axar.az xəbər verir ki, buraya ömürlük azadlıqdan məhrum edilmiş 32 nəfər, uzunmüddətli cəza çəkən 48 nəfər və 30 yetkinlik yaşına çatmayan şəxs daxildir.

Qeyd edək ki, yanvarın 30-da israilli girovlar Arbel Yehud və Gadi Moses İslami Cihad tərəfindən Qəzzanın cənubundakı Xan Yunisdə Beynəlxalq Qırmızı Xaç Komitəsinin əməkdaşlarına təhvil verilib. İki israillidən əlavə, HƏMAS beş Tayland vətəndaşını da azad edib.

Seçilən
26
4
axar.az

5Mənbələr