AZ

Əsəd canını Suriya üsyançılarından qurtara bilməyəcək- tələb qəti qoyuldu...

Image

Tural İsmayılov: "Əsəd Colaniyə təhvil veriləcəyi təqdirdə onun ağzının yumulu qalmayacağını Moskva çox yaxşı başa düşür"

Colani Moskvadan Bəşar Əsədi təhvil verməsini israrla tələb edir. “Reuters” Suriyada olan məlumatlı mənbəyə istinadən bildirib ki, “Heyət Təhrir əş-Şam”ın lideri və Suriya “Hərbi Əməliyyatlar İdarəçiliyinin” komandanı Əbu Məhəmməd “əl-Colani” ləqəbli Əhməd əl-Şaraa Rusiyadan ölkənin keçmiş prezidenti Bəşər Əsədin Dəməşqə təhvil verilməsini istəyib.

Belə ki, Rusiya xarici işlər nazirinin müavini Mixail Boqdanovun başçılıq etdiyi nümayəndə heyəti yanvarın 28-də Suriyaya səfər edib.

Səfər çərçivəsində Boqdanov Suriya administrasiyasının rəhbəri Əhməd əl-Şaraa ilə görüşüb.

Boqdanovun sözlərinə görə, “Rusiyanın Suriyadakı mövcudluğunda heç bir dəyişiklik yoxdur və tərəflər məsləhətləşmələri davam etdirmək barədə razılığa gəliblər”.

Agentliyin məlumatına görə, danışıqlar zamanı Əhməd əl-Şaraa Rusiyadan keçmiş prezident Bəşər Əsədi yerli hakimiyyətə təhvil verməyi tələb edib.

Suriyanın SANA xəbər agentliyi isə bildirib ki, Dəməşq Rusiyadan “təzminat, yenidənqurma və bərpa işləri”ni təmin etməyi, həmçinin “keçmiş səhvləri nəzərə almağı və Suriya xalqının iradəsinə hörmətlə yanaşmağı” tələb edib.

Qeyd olunur ki, Suriyanın hakimiyyət orqanları Əsədin geri qaytarılması tələbini hələ rəsmən açıqlamayıb.

Bir tərəfdən isə Əsədin Suriyanın Colani hökumətinə təhvil verilməsi qardaş Türkiyənin maraqlarına uyğundur. Çünki Əsədlər hakimiyyəti dövründə Suriya Türkiyəyə düşmən münadibəti sərgiləyib. Bunun ədalət məhkəməsində  sorğulanması Ankara üçün çox vacibdir. Ona görə də Türkiyənin Rusiya ilə münasibətlərindən də bu istiqanətdə istifadə edəcəyi istisna deyil.

Maraqlıdır, indiki mərhələdə Rusiya Əsədi Colaniyə təhvil verəcəkmi? Yəni Moskvanın "Əsəd kartı"ndan istifadəsinin məqamı yetişibmi?

Baki-xeber.com saytına açıqlamasında politoloq Tural İsmayılov bildirdi ki, indiki mərhələdə Rusiya Əsədi Suriyaya təhvil verməyə hazırlaşan tərəf kimi görünmür: "Baxmayaraq ki, Rusiya Əsəd dönəmindən sonra Suriyada mövcudluğunu maksimum səviyyədə qorumağa çalışır. Amma eyni zamanda, ortada bir fakt var ki, ən azı ona görə Rusiyanın Əsədi Suriya hakimiyyətinə təhvil verməyindən söhbət gedə bilməz. Çünki Əsəd təhvil veriləcəyi təqdirdə onun ağzının yumulu qalmayacağını Moskva çox yaxşı başa düşür. Suriya hökuməti Əsədi nə qədər israrla istəsə də, Rusiyanın indiki məqamda onu Colaniyə təhvil verəcəyini düşünmürəm.

Eyni zamanda, Putin "Əsəd kartı"ndan bir çox hallarda istifadə edə bilər. Əsəd Rusiyaya "əliboş" getməyib, bir çox dəyərli və məxfi məlumatları da özü ilə aparıb. Həmin məlumatlar artıq Rusiya ilə bölüşülüb. Rusiya "Əsəd kartı"ndan bu şəkildə faydalanır və bundan yararlanmaqda davam edəcək. Rusiya bilir ki, Əsədin Suriyaya qaytarılması onun indiki Suriya hakimiyyəti, Qərb və Amerika tərəfindən sorğulanmasına şərait yaratmaq deməkdir. Kremil isə bunu istəmir. Ona görə ki, həmin sorğulanmalardan qarşı tərəf Moskvanın əleyhinə kompratlar formalaşdıra bilər. Rusiya vaxtilə - Əsəd rejiminə dəstək verdiyi dövürdə ciddi beynəlxalq hüquq pozuntularına yol verib. Bu pozuntuların Əsədin ifadələri ilə təsdiqlənməsi Rusiyanın beynəlxalq imicinə ciddi zəribə vura bilər. Bu baxımdan ən azı özünə yeni problemlər yaratmamaqdan ötrü Rusiyanın Əsədi Suriyanın yeni hökumətinə təhvil verməsi mümkun deyil.

Yalnız Suriya hökuməti Rusiyanı ya Əsədi ver, ya da ölkə ərazisini tərk et, dlemasi qarşısında qoya bilsə, Putin Əsədi təhvil vermək barədə düşünər. Lakin Rusiya qarşısında belə bir dilema qoya bilən güc hələlik Suriyada yoxdur".

Akif NƏSİRLİ





Seçilən
22
baki-xeber.com

1Mənbələr