"Vilyareal"ın ulduzu üçün ərəblər olduqca yüksək məbləğ təklif edir.

Offsideplus.az xəbər verir ki, "Əl-Əhli" Aleks Baunanı transfer etmək istəyir. Bu barədə "Relevo" məlumat yayıb.

Səudiyyə Ərəbstanı klubu futbolçunun transferi üçün 60 milyon avroluq təklif hazırlayır.

Artıq keçidi həll etmək üçün qarşı tərəflə danışıqlara başlanılıb.