AZ

HƏMAS hərbi qanadı liderinin ölümünü ilk dəfə etiraf edib

HƏMAS "Əl-Qəssam" briqadalarının komandiri Məhəmməd əd-Deyfin ölümünü təsdiqləyib.

 Fələstinin HƏMAS hərəkatı "Əl-Qəssam" briqadalarının (hərəkatın hərbi qanadı) komandiri Məhəmməd əd-Deyfin ölümünü təsdiqləyib.

Qaziler.az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə qrupun sözçüsü Əbu Ubeyda bildirib. Onun sözlərinə görə, əd-Deyfanın müavini Mərvan İsa da öldürülüb.

"Biz "Əl-Qəssam" briqadalarının komandiri Məhəmməd əl-Deyf və onun müavini Mərvan İsaya yas tuturuq”, - deyə Ubeyda videomüraciətində bildirib.

İsrail Müdafiə Qüvvələri (IDF) Fələstin hərəkatının hərbi qanadının liderinin 2024-cü ilin avqustunda öldürüldüuyünü açıqlayıb. Hərbçilərin məlumatına görə, o, iyulun 13-də Xan Yunisdə baş verən hücumda öldürülüb. İndiyədək HƏMAS bu məlumatı etiraf etməyib.

QAZİLER.AZ

Seçilən
22
qaziler.az

1Mənbələr