Atəşkəs razılaşması çərçivəsində 110 fələstinli məhbus İsrail həbsxanalarından azad edilib.
QHT.az xəbər verir ki, işğal altındakı İordan çayının qərb sahilində yerləşən Ramallahda böyük izdiham azad edilmiş xalqı qarşılamaq üçün toplaşıb. Bundan əvvəl Xan Yunisdə yeddi girov azad edilib - iki israilli və beş tay. Yüzlərlə insan girovların olduğu furqonların ətrafına toplaşaraq xaos yaradıb.
Bu səbəbdən İsrail hökuməti fələstinli məhbusların azad edilməsi prosesini müvəqqəti olaraq dayandırıb.
R.İmanov