AZ

Cəlal Cavadov saxlanılıb

Fəal Cəlal Cavadovun saxlanıldığı bildirilir. 

Bu barədə dostları sosial mediada məlumat yayıblar. 

Bildirilir ki, onunla  saat 16.00-dan əlaqə kəsilib.

Dostları hesab edir ki, Cavadov, noyabrın 29-da bələdiyyə seçkilərində keçirdiyi etiraz aksiyasına görə saxlanılıb.

Cavadov seçki məntəqələrinin birində Meydan TV-nin həbsdə olan jurnalistlərinin fotolarının əks olunduğu plakatı seçki qutusuna yerləşdirib.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyi ilə əlaqə saxlamaq mümkün olmayıb.
Seçilən
20
1
arqument.az

2Mənbələr