Belçikanın paytaxtı Brüsseldə Slovakiyanın Baş naziri Robert Fitso ilə Avropa Komissiyasının nümayəndələri arasında Rusiya qazının Ukrayna ərazisindən tranzitinin dayandırılması məsələsi ilə bağlı planlaşdırılan görüş baş tutmayıb.
“Azreform.info ” xəbər verir ki, bu barədə Slovakiyanın Brüsseldəki daimi nümayəndəliyindən bildirilib.
"Brüssel hava limanı Belçika üzərindən hava hərəkətinin mümkün olmadığını bəyan edib. Baş nazirin olduğu təyyarə Slovakiyaya qayıdır", - Daimi Nümayəndəlikdən bildiriblər.
Qeyd edək ki, Belçikada hava nəqliyyatında fasilə 1 saat davam edib. Bunun idarəetmə mərkəzinin kompüter sistemindəki uğursuz yeniləmə səbəbindən baş verdiyi güman edilir. Belçika hava limanlarında hava hərəkəti tədricən bərpa olunur.(Report)