ABŞ prezidenti Tramp BRİCS ölkələrinidollardan imtina etmək cəhdlərindən əl çəkməyə çağırıb.
Teleqraf.com xəbər verir ki, Tramp öz sosial şəbəkə hesabında belə yazıb.
Onun sözlərinə görə, BRİCS ölkələriöz valyutalarını yaratmağa və ABŞ dollarını başqa valyuta ilə əvəzləməyə çalışmamalıdırlar. Əks halda, onları 100 faizli vergi sanksiyaları gözləyir.
Siyasətçi eyni zamanda bu ölkələrin məhsullarını "gözəl Amerika bazarına" buraxmamaqla hədələyib.
Müəllif: Teleqraf.com