“Tesla” korporasiyasının rəhbəri İlon Mask 2025-ci ilin ortalarında şirkətin pilotsuz taksi istifadəyə verəcəyini açıqlayıb.
Publika.az xəbər verir ki, məlumatı “TechCrunch” nəşri dərc edib.
“Tesla”nın malyyə hesabatına həsr olunmuş telefon danışığında Mask “Cybercab” dron-taksi xidmətinin iyun ayında işə salınacağını və ilk növbədə Texas ştatının Ostin şəhərində fəaliyyət göstərəcəyini diqqətə çatdırıb.
Mask bildirib ki, “Cybercab”-da sürücü və ya operator olmayacaq. Maşınlar Full Self-Driving sisteminin müasirləşdirilmiş versiyası əsasında hərəkət edəcək.