AZ

Yer Günəşdəki böyük dəliklərin təsir zonasına daxil olub

Yer planeti Günəşdəki “Böyük Tac” dəliklərinin təsir zonasına daxil olub...

Yanvarın 31-də Yer kürəsi iki Günəş dəliyinin təsir zonasında olacaq.

Poliqon xəbər vüerir ki, bu barədə İKI və İSEF-in Günəş Astronomiya Laboratoriyasının saytında məlumat verilib.

Tac dəlikləri Günəş sistemində sürətli günəş küləyinin əsas mənbəyidir. Bəzən Yer kürəsinin sürətli günəş küləyinin axınına düşdüyünü söyləyirlər, amma əslində dəliklər və onlarla əlaqəli plazma axınları Günəşin bucaq fırlanmasını daha da sürətləndirir. Bi isə planetlərə təsir edir.

Günəş Astronomiya Laboratoriyasının proqnozuna görə, yaxın 2-3 gündə Yer kürəsinin yaxınlığında günəş küləyinin sürəti demək olar ki, iki dəfə - 350 km/s-dən 700 km/s-ə qədər artacaq və təsirin özü ən azı ilin sonuna qədər davam edəcək. Təsir gücünün həftə sonuna yaxın ən yüksək səvoyyədə olacağı gözlənilir.

Yaxın iki gündə geomaqnit mühitdə ciddi dəyişiklik gözlənilmir. Həftə sonu zəif G1 fırtınaları mümkündür. Günəş Astronomiya Laboratoriyası əlavə edib ki, G2 fırtınalarının ehtimalı təxminən 20% təşkil edir.

Poliqon.info

Seçilən
15
poliqon.info

1Mənbələr