AZ

MPL: "Kəpəz" "Sabah"a, "Neftçi" "Şamaxı"ya qarşı - YENİLƏNİR

Bu gün Misli Premyer Liqasında 21-ci tur start götürəcək.

Fanat.Az xəbər verir ki, üç günü əhatə edəcək turun ilk günündə iki qarşılaşma baş tutacaq.

Əvvəlcə Tovuzda "Kəpəz" və "Sabah" komandaları üz-üzə gələcəklər. Paytaxt təmsilçisi avrokubok mübarizəsindən qopmamaq üçün autsayderi məğlub etmək əzmindədir. Azər Bağırovun komandası isə "zirzəmi"dən xilas olmağa can atır.

Günə "Neftçi Arena"da yekun vurulacaq. Turnir cədvəlinin ikinci yarısında qonşu olan "Neftçi" ilə "Şamaxı"nın dueli mövqe savaşı sayılır. 

Misli Premyer Liqası
21-ci tur 
31 yanvar

16:00. “Kəpəz” – “Sabah”
Hakimlər: Fərid Hacıyev, Zöhrab Abbasov, Asiman Əzizli, Əli Əliyev
VAR: Nicat İsmayıllı, Namik Hüseynov
Hakim-inspektor: Vüsal Əliyev
AFFA nümayəndəsi: Namiq Əliyev
Tovuz şəhər stadionu.

18:30. “Neftçi” – “Şamaxı”
Hakimlər: Rəşad Əhmədov, Akif Əmirəli, Rahil Ramazanov, Kamranbəy Rəhimov
VAR: Elçin Məsiyev, Elşad Abdullayev
Hakim-inspektor: Feyzulla Feyzullayev
AFFA nümayəndəsi: Asif Əliyev
"Neftçi Arena"

Seçilən
19
fanat.az

1Mənbələr