Ermənistanda İrandan gətirilən ümumi çəkisi 18 kq olan külli miqdarda marixuana və metamfetamin müsadirə edilib.
Publika.az xəbər verir ki, bu barədə respublikanın Daxili İşlər Nazirliyi məlumat yayıb.
Genişmiqyaslı əməliyyatda Kriminal Polis İdarəsinin Narkotiklərin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə İdarəsinin əməkdaşları və Dövlət Gəlirləri Komitəsinin əməliyyatçıları iştirak ediblər.
Dərmanların bir hissəsinin ölkədə satılması, qalan hissəsinin isə Gürcüstana aparılması planlaşdırılırmış.