2017-ci ildə Respublikaçıların əvvəlki inauqurasiyasında 107 milyon dollar toplanmışdı.
Kriptovalyuta şirkətləri ABŞ prezidenti Donald Trampın inauqurasiya komitəsinə milyonlarla dollar ianə edib.
Operativ Media xəbər verir ki, bu barədə Bloomberg məlumat yayıb .
Onun sözlərinə görə, "Coinbase Inc.", "Crypto.com", "Galaxy Digital", "Paradigm Operations" və "Payward Inc" hər biri Trampa 1 milyon dollar, "Robinhood Markets" isə 2 milyon dollar ianə göndərib.
Bundan əvvəl ABC televiziyası mənbəyə istinadən məlumat vermişdi ki, Tramp inauqurasiya üçün rekord məbləğdə 250 milyon dollar toplayıb. 2017-ci ildə Respublikaçıların əvvəlki inauqurasiyasında 107 milyon dollar toplanmışdı.