AZ

Ankara Bəyannaməsi Türk Dövlətləri arasında iqtisadi inteqrasiyanı gücləndirəcək - Rəşad Cabirli

Bakı,TurkicWorld

Ankara Bəyannaməsi Türk Dövlətləri arasında iqtisadi inteqrasiyanı gücləndirəcək.

TurkicWorld xəbər verir ki, bu sözləri MÜSİAD Azərbaycan sədri Rəşad Cabirli deyib.

"Azərbaycan, Türkiyə və Özbəkistan dövlət rəsmilərinin üçtərəfli görüşü çərçivəsində imzalanan Ankara Bəyannaməsi Türk Dövlətləri arasında iqtisadi inteqrasiyanı gücləndirməyə yönəlib",- deyə Cabirli bildirib.

Qeyd edək ki, 29 yanvar 2025-ci ildə Azərbaycan, Türkiyə və Özbəkistan dövlət rəsmiləri arasında üçtərəfli görüş keçirilib. Nətiəcədə:

1. Orta dəhliz və Türk dünyasının qapısı olan Zəngəzur dəhlizi vasitəsilə ticarət və yükdaşımalar daha effektiv olacaq.

2. Bakı-Tbilisi-Qars dəmir yolunun modernləşdirilməsi, logistika mərkəzlərinin yaradılması ticarət əlaqələrini asanlaşdıracaq.

3. TDT arasında rəqəmsal, enerji, infrastruktur və nəqliyyat kimi sahələrdə birgə layihələrin həyata keçirilməsi və sərmayə qoyuluşu inteqrasiyanı daha da sürətləndirəcək, ticarət dövriyyəsi artacaq.

4. Azərbaycanın azad edilmiş ərazilərinin inkişafı sütətlənəcək. Regionun bərpasına dəstək verilməsi iqtisadi canlanmaya və yeni iş imkanlarının yaradılmasına kömək edəcək.

Seçilən
41
turkic.world

1Mənbələr