AZ

Məşhur müğənni vəfat etdi

Mahnıları, kino karyerası və aktivist kimliyi ilə bir dövrə damğasını vuran Marianne Faithfull 78 yaşında Londonda dünyasını dəyişib.

Publika.az xəbər verir ki, Faithfull musiqi dünyasına “As Tears Go By” mahnısı ilə qədəm qoyub. 1970-ci illərdə səhhətində problem yaşadıqdan sonra “Broken English” albomu ilə yenidən geri dönüş edib.

Musiqi və kino aləmində dərin iz qoyan sənətkarın vəfatı pərəstişkarlarının və sənət ictimaiyyətinin böyük kədərinə səbəb olub.
Faithfullun sözçüsü sənətçinin ölüm xəbərini təsdiqləyərək bildirib ki, onun itkisi böyük boşluq yaradıb.

Seçilən
20
publika.az

1Mənbələr