Braziliyalı hücumçu Neymar “Santos”a qayıtdığını açıqlayıb...
Poliqon xəbər verir ki, 32 yaşlı braziliyalı hücumçu Neymar İnstaqram səhifəsində Santos ilə müqavilə imzaladığını açıqlayıb.
““Santos”la müqavilə bağlamağa hazırlaşıram. Bütün dünyada bu anı çox gözləyən azarkeşlərə təşəkkür etmək istəyirəm. Bu klubdan ayrıldığımdan 12 ilə yaxın vaxt keçsə də, ona olan hisslərim heç vaxt dəyişməyib” derə Neymar yazıb.
Qeyd edək ki, Neymar “Santos” komandasının akademiyasının məzunudur və 2009-2013-cü illərdə “Santos”un əsas komandasında çıxış edib.
Yanvarın 28-də Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubunun Neymarla müqaviləni pozduğu məlum olub.
Neymar 2023-cü ilin yayında 90 milyon avroya Fransanın Paris Saint-Germain klubundan Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubuna keçib. 18 oktyabr 2023-cü ildə Neymar Braziliya millisinin Uruqvaya qarşı matçında zədələnib. Onun sağalması üçün təxminən on ay çəkəcəyi gözlənilirdi.
Neymar 2013-2017-ci illərdə “Barselona”da çıxış edib. “Barselona”nın tərkibində iki dəfə (2014/15, 2015/16) İspaniya çempionu olub və üç dəfə ölkə kubokunu qazanıb. 2014/15 mövsümündə kataloniyalılar Çempionlar Liqasının qalibi olublar.
Poliqon.info