AZ

Dünya üzrə aviaşirkətlərin sərnişin axını rekord həddə ÇATDI

2024-cü ildə dünya üzrə aviaşirkətlər sərnişin dövriyyəsini 10,4% artıraraq rekord həddə çatdırıblar.

Avtosfer.az interfax.ru-ya istinadən xəbər verir ki, bu barədə Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyası (IATA) məlumat yayıb.

Pandemiyadan əvvəlki 2019-cu illə müqayisədə bu göstərici 3,8% artıb.

Təyyarələrin doluluq nisbətləri bir il əvvəl 82,2%-lə müqayisədə 83,5%-ə yüksəlib ki, bu da rekord göstəricidir.

Ötən il aviaşirkətlər beynəlxalq reyslərdə sərnişin dövriyyəsini 2023-cü illə müqayisədə 13,6%, daxili reyslər üzrə isə 5,7% artırıb.

"2024-cü il insanların səyahət etmək istədiklərini çox aydın şəkildə göstərdi, həm daxili, həm də beynəlxalq marşrutlarda səyahətlərin sayı rekord səviyyəyə çatdı", - IATA-nın baş direktoru Uilli Uolş bildirib.

(oxu.az)

Seçilən
8
avtosfer.az

1Mənbələr