AZ

Ağcabədidə gənc oğlan anasının maşınını ağaca çırpıb, ölən və xəsarət alan var

Ağcabədidə ölümlə nəticələnən yol qəzası olub.

"Report" xəbər verir ki, Avşar kəndində 2007-ci il təvəllüdlü Şükür Nəcəfov sürücülük vəsiqəsi olmadan anasına məxsus "Chevrolet Cruze" markalı avtomobili ağaca çırpıb.

Nəticədə özü hadisə yerində ölüb, avtomobildə olan sərnişin 2008-ci il təvəllüdlü Sevər Quliyeva xəsarət alıb.

Faktla bağlı cinayət işi başlanılıb.

Seçilən
27
17
report.az

10Mənbələr