AZ

On metr piyada getməmək üçün ikinci cərgədə dayanıb yolu bağladı - VİDEO

Xırdalanda yol hərəkəti qaydasını kobud şəkildə pozan sürücü yolu kəsib. Avtosfer.az xəbər verir ki, hadisə Heydər Əliyev prospektində baş verib.

Belə ki, 77-NO-521 qeydiyyat nişanlı "Toyota" markalı avtomobilin sürücüsü ikinci cərgədə dayanaraq yolda hərəkəti məhdudlaşdırıb. Hadisə anını əks etdirən videodan da açıq şəkildə görünür ki, geriyə dönmək istəyən digər bir sürücü bu avtomobilin maneəsi səbəbindən manevrini başa çatdıra bilməyib.

Sürücü istəsəydi 10-15 metr qarşıdakı boş yerlərin birində dayanıb piyada gələ bilərdi. Sadəcə o, öz rahatlığını hamının hüquqlarından üstün tutaraq qaydaları pozub.

Sözügedən videonu təqdim edirik.

 

Könül Rauf

Seçilən
14
avtosfer.az

1Mənbələr