Bakı. Trend:
Ölkə başçısının Qarabağ və Şərqi Zəngəzurun “yaşıl enerji”zonasına çevrilməsi ilə bağlı tapşırığına uyğun olaraq “AzərEnerji”tərəfindən hazırda ümumi gücü 37,5 meqavat olan 6 su elektrikstansiyası tikilir.
Bu barədə Trend-ə “AzərEnerji” ASC-dən məlumat verilib.
Bildirilib ki, Kəlbəcər rayonunda 7,7 meqavat gücündə“Təkəqaya”, 3 meqavat gücündə “Ağçay”, 5 meqavat gücündə “Çaykənd”,Laçın rayonunda 4 meqavat gücündə “Şeylanlı”, 3,1 meqavat gücündə“Aşağı Malıbəy”, Ağdərə rayonunda isə 14,7 meqavat gücündə“Qozlukörpü” su elektrik stansiyaları inşa olunur. Bu 6 su elektrikstansiyasının hər biri üçün ayrı-ayrılıqda su qəbuledicilər tikilirvə stansiyaları su ilə təchiz etmək üçün ümumilikdə 40 km məsafdədəderivasiya boruları çəkilir.
6 su elektrik stansiyasında ümumilikdə il ərzində 110 milyonkilovatsaat «yaşıl enerji»nin istehsal edilməsi və bununla 24milyon kub metr qaza qənaət edilib, 44 min ton atmosferə atılankarbon qazının qarşısının alınması nəzərdə tutulur.
Bu 6 stansiyanın 2025-ci ilin birinci yarısında istismaraverilməsi planlaşdırılır.
Bundan əlavə, daha 5 stansiyanın - Kəlbəcər rayonundakı “AşağıVəng” və «Nadirxanlı», Laçın rayonunda isə “Mirik”, “Ağbulaq” və“Ağbulaq-1” su elektrik stansiyalarının tikintisi başa çatıb.