AZ

"İntel"in gəlirləri kəskin şəkildə azalıb

ABŞ-nin çip istehsalçısı "Intel"in gəliri ötən ilin son rübündə əvvəlki ilə nisbətən 7 faiz azalıb.

Bakıvaxtı.az xarici mediaya istinadla xəbər verir ki, müvafiq olaraq, şirkətin gəliri ötən ilin dördüncü rübündə əvvəlki ilin eyni dövrü ilə müqayisədə azalaraq 14,3 milyard dollar olub. Şirkət 2023-cü ilin eyni dövründə 15,4 milyard dollar gəlir əldə etdiyini bildirib.

"Intel"in bu dövrdəki gəliri aşağı olsa da, 13,8 milyard dollarlıq bazar gözləntilərini üstələyib.

Şirkətin təxminən 2,7 milyard dollar xalis mənfəət qazandıqları qeyd edilən məlumatrda 2024-cü ilin eyni dövründə çip istehsalçısının 126 milyon dollar zərərə uğradığı diqqətə çatdırılıb.

Əli Hüseynov

 

Seçilən
11
bakivaxti.az

1Mənbələr