AZ

Makron hakimiyyətə gəldikdən sonra Azərbaycana qarşı münaqişə siyasəti yürütməyə başladı - Tural Gəncəliyev

Bakı.Trend:

Emmanuel Makron Fransada hakimiyyətə gəldikdən sonra Azərbaycanaqarşı münaqişə siyasəti yürütməyə başladı.

Trend xəbərverir ki, bunu bu gün Bakıda “Fransa və Ermənistan-Azərbaycanmünaqişəsi” mövzusunda beynəlxalq konfransda çıxışı zamanı MilliMəclisin deputatı Tural Gəncəliyev deyib.

O qeyd edib ki, Azərbaycan Fransa musiqisinə, ədəbiyyatına qarşıhörmətlə yanaşıb.

"Tarixə nəzər salsaq görərik ki, Cümhuriyyət dövründə kifayətqədər azərbaycanlı Fransada təhsil alıb. Sovet İttifaqı dağıldıqdansonra Fransa Azərbaycan və Ermənistan arasında olan münaqişədəneytrallığını saxlamağa çalışırdı. Lakin 2003-cü ildən sonra Fransaölkəmizə qarşı qərəzli siyasət yürtməyə başladı. Çünki Azərbaycantorpaqlarını işğal edən Ermənistana qarşı tam olaraq haqlarınıtələb etməyə başladı", - o bildirib.

Deputat qeyd edib ki, erməni diasporu Fransada güclüdür.

"Erməni diasporu Fransa elitasına güclü təsir edir. Hazırda daonların təsirlərini görürük. İki ölkə arasında münasibətlərin buhəddə çatmasına əsas səbəb Makron hökuməti və Azərbaycanın öztorpaqlarını işğaldan azad etməsi oldu”, - deyə o qeyd edib.

Qeyd edək ki, Bakıda “Fransa və Ermənistan-Azərbaycanmünaqişəsi” mövzulu beynəlxalq konfrans öz işinə başlayıb.

Tədbirdə Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin idarəheyətinin sədri Fərid Şəfiyev, “Côte d'Azur” universitetindən olanictimai hüquq üzrə professor Kristian Vallar, Azərbaycan MilliMəclisinin millət vəkili Tural Gəncəliyev, “Musulmans en France"fransız xəbər portalının təsisçisi və baş redaktoru, Parisin “LaGazette du Caucase” internet-qəzetinin baş redaktoru Jan-Mişel Brünvə başqaları iştirak edir.

Məqalədə:
Seçilən
19
50
az.trend.az

10Mənbələr