AZ

"Soyqırımının tanınması xarici siyasətimizin prioriteti olmamalıdır" - Erməni deputat

"News.am"ın yaydığı məlumata görə, o, İctimai Televiziyanın efirində çıxışı zamanı qondarma erməni soyqırımı məsələsinin şişirdilməməsini məsləhət görüb. Torosyan qeyd edib ki, "soyqırımı"nın beynəlxalq səviyyədə tanınması və pislənməsi Ermənistanın xarici siyasətinin prioriteti olmamalıdır.

İrəvan "soyqırımın" beynəlxalq səviyyədə tanınmasınıprioritet saymır
"Erməni soyqırımı"nın bütün dünyada tanınması hər bir ölkənin öz qarşısına qoyduğu vəzifə olmalıdır. Bu, müxtəlif dövlətlərin vəzifəsidir ki, soyqırımının pislənməsinə çalışsınlar. "Erməni soyqırımı"nın beynəlxalq səviyyədə tanınması Ermənistanın xarici siyasətinin prioriteti olmamalıdır. Bir gün Türkiyənin "Erməni soyqırımı"nı tanıyacağı və ya təzminatlara razı olacağı kimi boş ümidlər, real olmayan xəyallarla nə vaxta qədər yaşaya bilərik axı?",- Torosyan qeyd edib.

Xatırladaq ki, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan da bir neçə ay öncə oxşar açıqlamalar vermişdi.O, parlamentdə çıxışı zamanı qondarma erməni soyqırımından söz açıb. XİN rəhbəri "erməni soyqırımı"nın beynəlxalq səviyyədə tanınmasının Ermənistan Xarici İşlər Nazirliyinin prioritet məsələləri siyahısına daxil olmadığını söyləyib: "Bu, bizim üçün prioritet məsələ deyil".
Tural Tağıyev
AzVision.az

Seçilən
44
azvision.az

1Mənbələr