AZ

Hərbi vəzifəlilərlə keçirilən təlim toplanışı başa çatıb (FOTO/VİDEO)

Bakı. Trend:

Cari ilin hazırlıq planına əsasən, Səfərbərlik və Hərbi XidmətəÇağırış üzrə Dövlət Xidməti ilə birgə tədbirlər çərçivəsindəehtiyatdan çağırılan bir qrup hərbi vəzifəlilərlə keçirilən təlimtoplanışı başa çatıb.

Trend xəbərverir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, toplanışın başa çatması münasibətilə bağlanışmərasimi keçirilib.

Əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin, ölkəmizinmüstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda şəhidolanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. AzərbaycanRespublikasının Dövlət Himni səsləndirilib.

Mərasimdə çıxış edənlər bildiriblər ki, hərbi vəzifəlilərindöyüş vərdişlərinin təkmilləşdirilməsi məqsədilə sıra, taktiki,hərbi tibb, ixtisas və digər hazırlıqlar üzrə nəzəri və praktikiməşğələlər keçirilib. Toplanışın planına uyğun olaraq onlaraordumuzun arsenalında olan müasir silah və texnikanıntaktiki-texniki xüsusiyyətləri, həmçinin düzgün istifadə qaydalarıvə döyüş tətbiqi üsulları öyrədilib.

Bununla yanaşı, ehtiyatdan çağırılanların mənəvi-psixolojivəziyyəti yoxlanılıb, onlarla milli-mənəvi dəyərlərə sadiqlik,dövlətçilik və vətənpərvərlik ruhunda maarifləndirici söhbətləraparılıb.

Qeyd olunub ki, təlim toplanışında qarşıya qoyulmuş məqsədlərənail olunub.
Sonda təlim toplanışında fərqlənən bir qrup hərbi vəzifəliyə fəxrifərmanlar təqdim edilib.

Hərbi
Hərbi
Hərbi
Hərbi
Məqalədə:
Seçilən
7
23
az.trend.az

10Mənbələr