AZ

2021-ci ildən bəri Azərbaycan BMT ilə birgə 142 milyon ABŞ dolları həcmində layihələr həyata keçirib - Nazir müavini

Bakı. Trend:

2021-ci ildən bəri Azərbaycan BMT ilə birgə 142 milyon ABŞdolları həcmində layihələr həyata keçirib.

Trend xəbər verirki, bunu bu gün Azərbaycanın İqtisadiyyat Nazirinin müavini SəmədBəşirli Bakıda BMT və Azərbaycan arasında dayanıqlı inkişafməsələləri üzrə əməkdaşlıq (2026-2030) haqqında Çərçivə sənədiçərçivəsində “Yüksək səviyyəli strateji prioritetləşdirmə”mövzusunda keçirlən tədbirdə çıxışında bildirib.

"Hazırda sonuna yaxınlaşan 2021-2025-ci illər üzrə Çərçivəsənədi dörd əsas prioriteti ehtiva edir: İnklüziv artım, Güclüinstitutlar, Ətraf-mühitin mühafizəsi, Gender bərabərliyi. Sonillər BMT-ilə birgə 142 milyon ABŞ dolları həcmində layihələrhəyata keçirmişik", - deyə o bildirib.

S.Bəşirli qeyd edib ki, Azərbaycan 1992-ci ildən bəri aktivşəkildə BMT ilə əməkdaşlıq edir və qlobal təşəbbüsləridəstəkləyir.

“2024-cü ildə bu münasibətlərin yeni səhifəsi açılıb - ölkəmizdəCOP29-un keçirilməsi Azərbaycanın qlobal iqlim gündəminin əsasoyunçulardan biri olduğunu sübut edir. Dayanıqlı inkişafAzərbaycanın dövlət siyasətinin əsas priroritetlərindəndir. BizBMT-nin Dayanıqlı İnkişaf Məqsədlərini qəbul etmişik və onları özdövlət strategiyamıza inteqrasiya etmişik. Dayanıqlı İnkişafMəqsədlərinə uyğun olaraq 50-dən çox dövlət proqramı vəstrategiyası həyata keçirilib, dayanıqlı inkişaf üzrə MilliKordinasiya Şurası yaradılıb. Azərbaycan artıq BMT-nin YüksəkSəviyyəli Forumuna dördüncü Könüllü Milli İcmalını təqdim edib. Biz"yaşıl" enerji, rəqəmsal texnologiyalar və innovasiyalar əsasındaqurulmuş bir iqtisadiyyat yaratmaq üçün strateji addımlar atırıq.Azad edilmiş ərazilərdə "Ağıllı şəhər", "Ağıllı kənd" və "Yaşılenerji zonası" konsepsiyaları həyata keçirilir. Bundan əlavə,Azərbaycanın minatəmizləmə prosesinin 18-ci Dayanıqlı İnkişafMəqsədləri kimi tanınması təşəbbüsü dayanıqlı inkişafa olandəstəyimizin bariz nümunəsidir", – deyə o əlavə edib.

Məqalədə:
Seçilən
34
az.trend.az

1Mənbələr