AZ

Azərbaycan BMT ilə Çərçivə sənədinə yeni istiqamətlərin daxil edilməsini təklif edib

Bakı. Trend:

Azərbaycanın İqtisadiyyat Nazirliyi Azərbaycan və BMT arasındakıyeni Çərçivə sənədinə yeni istiqamətlərin əlavə olunmasını təklifedib.

Trend xəbərverir ki, bu haqda bu gün Azərbaycanın İqtisadiyyat Nazirininmüavini Səməd Bəşirli Bakıda BMT və Azərbaycan arasında dayanıqlıinkişaf məsələləri üzrə əməkdaşlıq (2026-2030) haqqında Çərçivəsənədi çərçivəsində “Yüksək səviyyəli strateji prioritetləşdirmə”mövzusunda keçirlən tədbirdə çıxışında danışıb.

“Yeni Çərçivə sənədinə bu əsas istiqamətlərin daxil edilməsinitəklif edirik: COP29-da elan olunmuş iqlim təşəbbüsləriningerçəkləşdirilməsi, azad olunmuş ərazilərin reinteqrasiyası üçündayanıqlı inkişaf layihələri, 18-ci DİM-ə təhlükəsizliktədbirlərinin gücləndirilməsi (minaların təmizlənməsi məsələsinin),iqtisadiyyatın şaxələndirilməsi, ixracatın genişləndirilməsi vəinnovasiyaların inkişafı, rəqəmsal iqtisadiyyat və dördüncü sənayeinqilabı sferasında əməkdaşlığın gücləndirilməsi kimi məsələlərindaxil edilməsi”, - deyə o bildirib.

Məqalədə:
Seçilən
22
az.trend.az

1Mənbələr