AZ

Hormonlar orqanizmdə orqan və sistemlərin fəaliyyətində mühüm rol oynayırlar - SN

Bakı. Trend:

Hormonal sağlamlıq dedikdə, qanda hormonların miqdarının normadaolması, endokrinoloji sistemin normal fəaliyyət göstərməsi nəzərdətutulur. Bu barədə Səhiyyə Nazirliyi akademik M.A.Topçubaşov adınaElmi Cərrahiyyə Mərkəzinin endokrinoloqu Günel Mahmudova deyib.

TrendG.Mahmudova ilə müsahibəni təqdim edir

- Günel xanım, ilk öncə hormonal sağlamlıq haqqında məlumatverərdiniz...

- Hormonlar orqanizmdə orqan və sistemlərin fəaliyyətində mühümrol oynayıb, orqanizmin inkişafını tənzimləyirlər. Bundan əlavə,hormonlar daxili sekresiya vəzlərinin spesifik məhsulu olub bütünorqanizmə təsir edirlər. Onlar qan və ya limfa vasitəsilə yayılaraqdistant təsirə malikdirlər.
Sinir sistemi ilə endokrinoloji sistem arasında çox sıx əlaqə var.Hipofizin hormonları periferik endokrin vəzlərin fəaliyyətinitənzimləməklə yanaşı, mübadilənin müxtəlif növlərinə də aktiv təsirgöstərirlər. Belə ki, hormonlar böyüməni, cinsi inkişafı, daxilihomeostazın sabitliyini təmin edir. Böyümə hormonu sümüklərin,boyun inkişafını təmin edir. Mədəaltı vəzin hormonu olan insulin,qlükaqon qanda şəkərin miqdarının normada olmasını tənzimləyir.Prolaktin laktasiyanı təmin edir və reproduktiv funksiyaya da təsirgöstərir.
Daxili sekresiya vəzlərinin normadan az və ya çox hormon ifrazetməsi isə hormonal disbalansa səbəb olur. Hormonal disbalansmüxtəlif endokrinoloji xəstəliklərin nəticəsində əmələ gəlir.

- Hormon analizləri hansı şəraitdə götürülməlidirlər?

- Hormon analizləri üçün qan nümunəsi əsasən ac qarına, səhərsaatlarında götürülür. Bunlara əsasən qalxanvari vəz hormonları(sərbəst T4, sərbəst T3), insulin, hipofiz hormonları (Prolaktin,LH, FSH, TSH və s) aiddir. Prolaktin hormonu yoxlanılması üçünyuxudan oyandıqdan 2 saat sonra, xəstənin sakit vəziyyətində qannümunəsi götürülməlidir. Qadınlarda cinsi hormonların sintezimenstrual sikl müddətində dəyişir. Cinsi hormon analizlərinin (FSH,LH, Estradiol və s.) yoxlanılması üçün qan nümunəsi qadınlardamenstrual siklin follikulyar fazasında, 2-5-ci günlərindəgötürülməlidir.
Bəzi hormonların yoxlanılmasında dinamik testlərdən istifadəolunur. Böyümə hormonu pulsatil ifraz olunur, ən yüksək səviyyəyəgecə saatlarında çatır. Buna görə də böyümə hormonu təkyoxlanılmır. Stasionar şəraitdə İnsulin hipoqlikemiya testi edilibyoxlanılır. Böyrəküstü vəz çatışmazlığı şübhəsi olan xəstələrə AKTHstimulyasiya testi, Kuşinq sindromu xəstələrinin aşkarlanması üçünDeksametazon supressiya testi aparılır. Bəzi endokrinolojixəstəliklərdə 24 saatlıq sidikdə hormonların və ya metabolitlərinmiqdarına baxılır. Bunlara 24 saatlıq sidikdə kortizol,17-ketosteroidlər, katexolaminlər, metanefrin, kalsium və s.daxildir.

- Genetik xəstəliyi olan şəxslərdə hormonal disbalans müşahidəolunurmu?

- Genetik xəstəliklərin bir qismində hormonal disbalans müşahidəolunur. Bu xəstəliklərə Şereşevski-Terner sindromu, Klaynnfelter,Kallman, Prader-Villi sindromları, MEN sindromlar və s. aiddir.Şereşevski-Terner sindromu xəstələrinin boyu qısa olmaqla yanaşı,qonadal disgeneziya olur. Onların boynu hər iki tərəfdən çiyinlərəsanki qanadlar vasitəsilə birləşmiş kimi olur. Başın tükləri öntərəfdən qaşlara, ənsə nahiyəsində isə çox aşağı, sanki çiyinlərdənbaşlayır. Bu xəstələrdə polidaktiliya (barmaqların sayının çoxluğu)və anadangəlmə ürək qüsurları (aortal stenoz), hipotiroidizm,osteoporoz da olur. Kallman sindromu xəstələrində hipoqonadotropikhipoqonadizm, anosmiya (qoxu hissinin olmaması) yaranır.Klaynfelter sindromu xəstələrində sonsuzluq, ginekomastiya rastgəlinir. Testosteron səviyyəsi aşağı olur. Prader-Villi sindromundahipoqonadotropik hipoqonadizm, hiperfaqiya-piylənmə, xroniki əzələhipotoniyası müşahidə edilir.

- Hestasion şəkərli diabet nədir? Hamiləliyin normal inkişafıüçün qadınlar hansı müayinələrdən keçməlidirlər?

- Hestasion şəkərli diabet (HŞD) hamiləlikdən öncə olmayan,hamiləlik müddətində aşkarlanan diabet növüdür. Hamiləlik dönəmindəmetabolik dəyişikliklərlə bağlı insulin rezistentliyinin yaranmasıinsulinə ehtiyacın artmasına, qlükozaya tolerantlığın pozulmasınasəbəb olur.
Hamilə qadınlar hamiləliyin hər trimestrində ginekoloq tərəfindənməsləhət görülən müayinələrdən keçirlər. Bütün hamilə qadınlardailk prenatal müayinədə aclıq qlükoza yoxlanılmalıdır. Aclıqqlükozası norma olan bütün hamilələr hamiləliyin 24-28-cihəftəsində OQTT (Oral Qlükoza Tolerant Testi) müayinəsindənkeçirilməlidirlər. Hazırda OQTT tək mərhələli və ya iki mərhələliaparılır. Bu, hamiləlik diabetinin aşkarlanması üçün vacibdir.Hestasion diabeti zamanı karbohidrat mübadiləsinin pozğunluğu zəifdərəcədə olur və bunun nizamlanması üçün əksərən pəhrizlə hədəf qanqlükoza dəyərinə nail oluruq. Əgər hədəf qan qlükoza dəyərlərinənail olmasaq, insulin müalicəsinə keçirik.
Hestasion diabeti olan bütün hamilə qadınlara evdə qan qlükozaölçümü öyrədilməlidir. HŞD olan hamilə qadınların bir qismindədoğuşdan sonra normal qlükoza səviyyəsi bərpa olunsa da, gələcəkdəşəkərli diabet xəstəliyi riski var. Buna görə də doğuşdan sonrakıdövrdə qan qlükoza səviyyəsi normal olsa belə, 4-12 ci həftələrdəyenidən OQTT keçirilməlidir.

- Qalxanvari vəz hormonları hansılardır?

- Qalxanvari vəz xəstəliklərinin diaqnostikası qanda sərbəst T4,sərbəst T3, TSH hormonlarının yoxlanılması, qalxanvari vəzin USM vəehtiyac olarsa, qalxanvari vəzin sintiqrafiyası, Tiroid İİABvasitəsilə aparılır.
Qalxanvari vəz hormonları kalsitonin, sərbəst T4, sərbəst T3hormonlarıdır, TSH isə hipofiz vəzinin hormonudur. Hipofiz vəziqalxanvari vəzə birbaşa nəzarət edir. Periferik qanda dövr edəntiroid hormonlarının 3/4 hissəsi Tiroksin, 1/4 hissəsiTriyodtironindən ibarətdir. Bu hormonlar böyüməni təmin edir, əqliinkişafa təsir edirlər. Onların çatışmazlığı (hipotiroidizm) zamanıxəstələr halsızlıqdan, ümumi zəiflikdən, dərinin quruluğundan,sifətlərində və əllərində şişkinlikdən, yuxululuqdan, artıqlığızamanı isə xəstələr istiyə dözümsüzlük, ishala meyllik, arıqlama,əsəbilikdən və s. şikayətlər edirlər.

Məqalədə:
Seçilən
18
az.trend.az

1Mənbələr