ABŞ-da qəzaya uğrayan təyyarədə həlak olan üç nəfərin Rusiya pasportu olub, daha bir sərnişinlə bağlı məlumatlar yoxlanılır.
Herbiand.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova keçirdiyi brifinqdə bildirib.
"Səfirliyimizin məlumatına görə, bu hava qəzasının qurbanlarının üçü Rusiya pasportuna malikdir. Digər dördüncü şəxsə gəlincə, onun Rusiya pasportu ola biləcəyi ilə bağlı ehtimal var. Hazırda bu məlumat yoxlanılır".
Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp qəzada ölən Rusiya vətəndaşlarının vətənə göndərilməsi üçün təmaslar başlandığını bildirmişdi.