AZ

Türkiyə və Azərbaycan arasında əlaqələr gücləndikcə... - "Conflicts" jurnalının direktoru

Türkiyə və Azərbaycan arasında əlaqələr gücləndikcə erməni diasporasının diqqəti tamamilə bu münasibətlərə yönəldi.

Teleqraf.com xəbər verir ki, bunu "Conflicts" jurnalının direktoru Gil Mihaeli "Fransa və Ermənistan-Azərbaycan münaqişəsi" mövzusunda keçirilən beynəlxalq konfransda deyib.

"Türkiyə və Azərbaycan arasında əlaqələr gücləndikcə erməni diasporasının diqqəti tamamilə bu münasibətlərə yönəldi. Onlar çalışırdılar ki, erməni soyqırımı beynəlxalq ictimaiyyət tərəfindən tanınsın və ən əsası, Qarabağın müstəqilliyi elan olunsun. Buna görə də onlar öz əlaqələrini daha da möhkəmləndirdilər. Erməni diasporasının KİV-ə inteqrasiyası gücləndi, Fransa hökuməti ilə əlaqələri daha da inkişaf etdirdilər,"- o qeyd edib.


Müəllif: Qənirə Süleymanova
Seçilən
14
teleqraf.com

1Mənbələr