AZ

"Aptekdə vaxtı keçmiş "kəpənək" satırlar" - Hövsandan ŞİKAYƏT

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Bakı şəhəri, Türkan qəsəbəsi sakini Vüqar Əmirov Suraxanı rayonu, Hövsan qəsəbəsindəki aptekdən şikayətçidir.
Bu barədə Oxu.Az-a şikayət ünvanlayan vətəndaş bildirib ki, aptekdən sistem qoşmaq üçün aldığı "kəpənəy"in son istifadə müddəti keçib:
"Sistem qoşmaq üçün Hövsan qəsəbəsindəki aptekdən "kəpənək" aldım. Lakin onun üzərindəki son istifadə müddəti 2023-cü il olmasına baxmayaraq, üstünə 2028-ci il yazılan yeni tarix yapışdırılıb".
Ətraflı məlumat üçün videogörüntünü təqdim edirik:
Xatırladaq ki, tibbi iynə düyməsi - "kəpənək" iynəsi kimi də tanınan qantoplama dəsti test və ya donorluq üçün qan nümunələri əldə etmək məqsədilə istifadə edilən tibbi cihazdır.
Qeyd edək ki, sözügedən məsələ ilə bağlı Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinə sorğu ünvanlanıb.
Qurumdan bildirilib ki, görüntülər araşdırıldıqdan sonra ictimaiyyətə məlumat veriləcək.
Aygün Mirakif
Seçilən
7
oxu.az

1Mənbələr